Xəbər lenti

Asala dosyesi yenidən açıldı: erməni terrorçular haqda məlumat verənə 1 milyon mükafat
Dünya10:59 18.12.2019

Asala dosyesi yenidən açıldı: erməni terrorçular haqda məlumat verənə 1 milyon mükafat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avstraliya polisi Türkiyənin Sidney baş konsulu Şarık Arıyak və Təhlükəsizlik attaşesi Əngin Sevərin erməni terrorçuları tərəfindən öldürülməsi ilə bağlı cinayət işini yenidən açıb.
Qaynarinfo xəbər verir ki, 17 dekabr 1980-ci ildə törədilən cinayətdə sözügedən şəxslərin qatil və ya qatillərinin tapılması ilə bağlı məlumat verənlərə 1 milyon Avstraliya dolları mükafat veriləcək. Arıyak və Sevərin ölümünün 39-cu ilində hücumun təşkil olunduğu Sidney Baş Konsulluğunun qarşısında anım tədbiri keçirilib.
Tədbirdə bu cinayətin Avstraliya torpaqlarında yaşanan ilk terror hadisəsi olduğu və multikultural ölkədə bu tip hadisələrə yer olmadığı vurğulanıb.
Avstraliyanın Cənubi Uels əyalətinin polis rəisinin müavini Mark Ualton cinayətkarların tapılması üçün xüsusi qrup yaratdıqlarını açıqlayıb. O, həmçinin bildirib ki, mükafat məbləği 250 min dollardan 1 milyon dollara qaldırılıb. Bunun tarixdə bir cinayətin üstünün açılması üçün veriləcək ən böyük mükafat olduğu qeyd olunub.
Camal