Xəbər lenti

Asim Mollazadə İstanbulda məruzə edib
Siyasət10:56 21.02.2014

Asim Mollazadə İstanbulda məruzə edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Asim Mollazadə İstanbulda regional münaqişələr və onların həlli barədə məruzə edib

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə İstanbulda keçirilən"Qara Dəniz regionunda mədəniyyətlərarası dialoq və etimad mühitinin gücləndirilməsi" üzrə Beynəlxalq Gənclər Forumunda məruzə ilə çıxış edib. 

Partiyanın mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, millət vəkili Qara dəniz bölgəsində mövcud olan münaqişələr və onların həllində regional əməkdaşlığın rolundan danışıb.

Almaniyanın Robert Bosch, ABŞ-ın Alman Marşall fondlarının və Azərbaycan- Amerika Gəncləri İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən forumda region ölkələrində tolerantlıq, mədəniyyətlərarası dialoq, regionun enerji təhlükəsizliyində Azərbaycan-Türkiyə əməkdaşlığının rolu və digər mövzular müzakirə edilib. 

Forum çərçivəsində "Xocalıya ədalət" beynəlxalq kampaniyasının təqdimatı da keçirilib və iştirakçılara Xocalı faciəsi barədə ətraflı məlumat verilib.

Qaynar.info