Xəbər lenti

Asim Mollazadə: "Kiçik partiyalar birləşəcək"
Siyasət09:21 21.01.2023

Asim Mollazadə: "Kiçik partiyalar birləşəcək"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Siyasi partiyalar haqqında” qanunun tələblərinə görə, Azərbaycanda fəaliyyət göstərən bütün partiyaların ən azı 5000 üzvü olmalıdır. Yeni 5000 üzvü olmayan partiyalar qeydiyyatdan keçə bilməyəcək. Bəs, qeydiyyatdan keçə bilməyən partiyaların taleyi necə olacaq? 
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Qaynarinfo-ya 5000 üzvü olmayan partiyaların birləşəcəyini bildirib: 
"5000 min üzvü olmayan partiyalar ya biləşməli, ya da həmin təşkilatlar üzvlərinin sayını artırmalıdırlar. Bu, qanunun tələbidir".
Asim Mollazadə rəhbərlik etdiyi partiyanın belə bir problemi olmadığını vurğulayıb: "Partiyamızın üzvlüklə bağlı heç bir problemi yoxdur, üzvlərimizn sayı tələb olunan rəqəmdən qat-qat çoxdur".
Bahar Rüstəmli