Xəbər lenti

AŞPA-da erməni biabırçılığı: Deputat Sarkisyanı pərt etdi
Dünya11:31 02.10.2013

AŞPA-da erməni biabırçılığı: Deputat Sarkisyanı pərt etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Zaruhi Postanjan bu gün AŞPA sessiyasında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyana sual ünvanlayıb.


APA-nın sessiyanı işıqlandıran Avropa müxbirinin məlumatına görə, Zaruhi Postanjyan S. Sarkisyanı Ermənistan prezidenti kimi qəbul etmədiyini bildirib, onun bu yaxınlarda Avropa ölkələrindən birində kazinoda 70 milyon avro pul uduzduğunu deyib və bu qədər pulu haradan aldığını soruşub.
 
S. Sarkisyan öz növbəsində heç vaxt kazinoya getmədiyini və 70 milyon avrosunun olmadığını deyib: “70 milyon avrom olsaydı, yarısını sizə verərdim, bəlkə onda xoşbəxt olardınız”.

Qaynar.info