Xəbər lenti

AŞPA Rusiyanı səs hüququndan məhrum etdi
Dünya16:25 28.01.2015

AŞPA Rusiyanı səs hüququndan məhrum etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AŞPA-nın monitorinq komissiyası 2015-ci ildə Rusiya Federasiyasının səs hüququndan məhrum edilməsi və onun Assambleyanın rəhbər orqanlarından çıxarılması barədə düzəlişi dəstəkləyib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyadan olan komissiya üzvü, Rusiya nümayəndə heyəti sədrinin müavini Leonid Slutski bildirib. 

“Bu düzəliş yalnız bir səs üstünlüyü ilə keçib. Və Rusiya üzrə məruzəçi Stefan Şennax özü də onu qeyri-destruktiv və qətnamənin bütün arxiketurasını dağıdan adlandırıb”, - deyə, Slutski qeyd edib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin vəziyyəti həll etmək və assambleyanın iclasında AŞPA-da səlahiyyətlərin qaytarılmasına nail olmaq imkanı qalır. Rusiyalı deputat bir daha ölkəsinin mövqeyini açıqlayıb: AŞPA Rusiyanı səs hüququndan məhrum edərsə, Rusiya nümayəndə heyəti Strasburqu tərk edəcək və 2015-ci ilin sonunadək Assambleya ilə münasibətlərini donduracaq.

Qaynar.info