Xəbər lenti

Atalarını axtarırdılar, amma elə hadisə ilə qarşılaşdılar ki...
Dünya12:58 01.05.2017

Atalarını axtarırdılar, amma elə hadisə ilə qarşılaşdılar ki...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərədə yaşayan və süni mayalanma yolu ilə dünyaya gələn Georgiya Bond və Cek Bovman adlı iki dost bioloji atalarını tapmaq üçün müraciət etdikləri zaman bacı-qardaş olduqlarını öyrəniblər.

"Qaynar"ın xarici KİV-ə istinadən məlumatına görə, dostlar eyni donorun spermləri vasitəsilə dünyaya gəldiklərini öyrəndikdən sonra fotolarını sosial şəbəkələrdə paylaşıblar.

"Biz hər zaman çox yaxşı dost idik. Görəsən aramızda qan bağı varmı deyə arabir zarafatlaşırdıq. İndi gerçək oldu", - deyə onlar bildirib.

"Twitter"də 17 min dəfə paylaşılan tvitə maraqlı şərhlər yazılıb. İstifadəçilərin tez-tez verdikləri "Aranızda dostluqdan başqa münasibət olsaydı necə olardı?" sualından bezdiklərini desələr də, buna çox da əhəmiyyət vermədiklərini söyləyiblər.

Qeyd edək ki, süni mayalanma yolu ilə İngiltərədə son 20 ildə 400 mindən çox uşaq dünyaya gəlib.

Qaynar.Az