Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına hücum edilib.
Qaynarinfo xəbər verir ki, hadisə ötən axşam Bakı vaxtı ilə 21.25-də baş verib. Hücum nəticəsində 48 nəfər xəsarət alıb.
"Bişkek və Çuysk vilayətləri xəstəxanalarına 48 nəfər tibbi yardım üçün müraciət edib", - deyə Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatında bildirilir.
Nazilik nümayəndəsi həmçinin qeyd edib ki, zərərçəkmişlərdən 9 nəfəri ambulator müalicəyə buraxılıb. Ümumilikdə 38 nəfərin stasionar müalicədə olduğu bildirilir.