Xəbər lenti

Atatürkü terrorist adlandıran kanala - Cərimə
Dünya17:40 02.07.2015

Atatürkü terrorist adlandıran kanala - Cərimə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə Samanyolu TV-də yayımlanan “Dərin baxış” verilişində qalmaqal yaşanıb. 

“Qafqazinfo”nun məlumatına görə, verilişdə Türkiyənin qurulması, Atatürkün fəaliyyəti, türk-kürd münasibətləri müzakirə edilib. 

Türkiyənin parçalanmasından danışan ekspert M.K. Atatürkü terrorist adlandırıb. 

Türkiyə Radio və Televiziya Üst Kurulu (RTÜK) "Dərin Baxış" adlı proqramı 6112 saylı Radio-Televiziya Şurası Qanununun 8/1 / a maddəsindəki “Türkiyə dövlətinin varlıq və müstəqilliyinə, dövlətin ölkəsi və millətiylə bölünməz bütünlüyünə, Atatürkə zidd addım” hökmünün pozulduğu səbəbiylə cərimələyib. 

Cəriməyə görə, telekanal ötən ay əldə etdiyi reklam gəlirlərinin 2 faizini cərimə kimi ödəməli olacaq.