Xəbər lenti

Atəşkəs elan edilən bölgəyə yenidən hücum edildi (FOTOLAR)
Dünya08:03 26.07.2017

Atəşkəs elan edilən bölgəyə yenidən hücum edildi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyanın Şərqi Quta bölgəsində ötən həftə atəşkəs elan edilmişdi, lakin şəhər yenidən hava hücumuna məruz qalıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bölgə əhalisi Rusiyaya aid təyyarələrin hücumda iştirak etdiyini bildirir. Hadisə nəticəsində 5-i azyaşlı olmaqla, 8 nəfər həlak olub.

Çəkilən şəkillər arasında yaralanan uşağı çiynində daşıyan kişinin şəkli diqqəti xüsusilə cəlb edir.

Rusiya isə bu hücumda iştirak etmədiyini bildirir və iddiaları ciddi şəkildə rədd edir. 

Qeyd edək ki, bu, ötən həftənin şənbə günü elan ediləndən atəşkəsdən sonra ilk itki hesab edilir.

Gülşən

Qaynarinfo.Az