Polşa prezidenti Anjey Duda Rusiya ilə atəşkəs əldə olunacağı təqdirdə Ukraynada Polşa hərbçilərinin yerləşdirilməsini istisna etmir.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Bild” nəşrinə verdiyi müsahibədə
bildirib.
"Hər şey hansı razılaşmaların əldə olunmasından asılıdır, - Polşa prezidenti bildirib. - Əgər Ukrayna Rusiya ilə sülh danışıqlarının lehinə qərar verərsə və Qərb əsgərlərinin "məsələn, atəşkəsə əməl olunmasına nəzarət edəcəyi” "sülh əməliyyatı” ilə bağlı qərar qəbul edilərsə, Polşa bunda iştirak edəcək. Əgər bu, NATO-nun qərarıdırsa, o zaman biz məsuliyyətli üzv kimi bu qərarı dəstəkləyəcəyik”.
Moskvaya qarşı sərt mövqeyinə baxmayaraq, Dudanın rus əsgərlərinə yazığı gəlir: "Sırf insanlığa görə” o, "Putinin pis texnika ilə cəbhəyə göndərdiyi adi əsgərlərə yazığı gəlir”.
Lakin Polşa prezidenti açıq şəkildə bildirir ki, "Rusiya heç bir səbəb olmadan Ukraynaya hücum etdi. Rusiya sadəcə olaraq əraziləri ələ keçirmək və Ukraynanı təslim olmağa məcbur etmək istəyir. Biz buna imkan verə bilmərik, buna son qoyulmalıdır".
Nizami Bağırov