Xəbər lenti

ATƏT Azərbaycan və Ermənistan liderlərinin görüşünü alqışladı
Siyasət19:14 07.04.2022

ATƏT Azərbaycan və Ermənistan liderlərinin görüşünü alqışladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ATƏT Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurasının himayəsi altında görüşünü alqışlayır.
Qaynarinfo xəbər verir ki, bu barədə Polşa Respublikasının ATƏT yanında daimi nümayəndəliyi tviter hesabında yazıb.
Qeyd edilir ki, ATƏT tərəflər arasında mümkün sülh razılaşması istiqamətində prosesin başlanması, eləcə də Cənubi Qafqazda sabit və dinc mühitin təmin edilməsi üçün bütün səylərdə kömək etməyə hazırdır.
Qeyd edək ki, 2022-ci il yanvarın 1-dən ATƏT-ə sədrlik İsveçdən Polşaya keçib.