Xəbər lenti

ATƏT Azərbaycana dəstəyində sadiqdir - İsveç XİN
Siyasət07:00 04.02.2021

ATƏT Azərbaycana dəstəyində sadiqdir - İsveç XİN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən il Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası və bunun nəticəsində çoxsaylı qurbanların olması münaqişələr uzun müddət həll olunmamış qaldıqda yaranan riskləri açıq-aşkar nümayiş etdirdi.
Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, bunu İsveç Xarici İşlər Nazirliyindən ölkənin ATƏT sədrliyinə başlamasını şərh edərkən deyiblər.
Nazirlikdən bildiriblər ki, ATƏT-in regionda münaqişələrin tənzimlənməsində razılaşdırılmış prinsiplər və öhdəliklər əsasında kömək göstərməsi İsveçin sədrlik müddətinin prioritet hədəflərindən biri olacaq.
Qeyd olunub ki, 2019-cu ildə ATƏT sədrinin və 2018-ci ildə baş katibinin səfərlərindən sonra ATƏT və Azərbaycan əməkdaşlıqlarını fəallaşdırıb və bundan sonra da bu əməkdaşlığın genişlənməsi üçün digər sahələr tədqiq olumnacaq:
Nazirlikdən onu da bildiriblər ki, atəşkəs rejiminin möhkəmlənməsi regionda dayanıqlı sülhün təmin olunması məqsədilə vəziyyətin stabilləşdirilməsi üçün digər tədbirləri görməyə imkan verəcək:
"ATƏT təhlükəsizliyin təmin olunması üzrə üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsində Azərbaycana dəstəyində sadiqdir".