Ukrayna hərbçiləri Polşadan alınan T-72 tanklarından istifadə etmək fikrində deyillər. Silahların artilleriya dəstəyi üçün istifadə edilməsi planlaşdırılır.
Qaynarinfo
xəbər verir ki, bu barədə The Atlantic yazıb.
Nəşr qeyd edir ki, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Rusiya artilleriyasının gücünə görə Polşa tanklarından istifadə etmirlər. Məqalə müəllifləri Polşa maşınlarını Ukrayna əsgərləri üçün yararsız adlandırıblar.
"Ukraynalılar onlardan cəbhə xəttində döyüş əməliyyatları üçün istifadə etməmək qərarına gəliblər", - məqalədə deyilir. Materialda həmçinin bildirilir ki, Ukrayna Silahlı Qüvvələri tanklarla mövqe tutmağa cəhd edib, lakin sonradan məlum olub ki, Rusiyanın tank əleyhinə silahları, aviasiya və artilleriyasına görə bu ərazidə texnikadan istifadə mümkün deyil.
Alpər