
Pullu balıqların strukturu Ştutqart və London şəhərlərindən olan mühəndisləri təyyarə sürətini artırmağa kömək edəcək texnologiya inkişaf etdirməyə ilham verib.
Qaynarinfoxəbər verir ki, bunun üçün alimlər sualtı canlı aləminə diqqət yetiriblər. Balıq pullarının quruluşu suyun müqavimətini asanlıqla dəf etməyə imkan verir.
Bu effekt Ştutqart Universitetində laminar su tuneli içərisindəki bir lövhəyə yapışdırılmış bir sıra balıq pulları üzərində təkrar edilib. Mühəndislər aerodinamik səthlərə bu cür "pullar"ın süni qəfəslərini quraşdırmağı planlaşdırırlar.
Öz növbəsində, bu texnologiya yeni nəsil təyyarələrin inkişafına səbəb ola bilər. Bu təyyarələr daha az yanacaq istifadə edərək daha sürətli uçacaq.
Alpər