Xəbər lenti

Avropa Birliyindən Putinlə bağlı sensasion açıqlama
Dünya10:53 24.03.2014

Avropa Birliyindən Putinlə bağlı sensasion açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Putinin növbəti qurbanı Moldova olacaq"

Rusiya təcavüzünün növbəti qurbanı Moldova ola bilər.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Lüksemburqun sabiq baş naziri, Avroqrupun keçmiş rəhbəri Jan Klod Yunker bəyan edib.

O, Avropa Birliyinin (AB) Moldova ilə assosiasiya sazişini mümkün qədər tez imzalamasının vacibliyini vurğulayıb.

“Ukrayna hadisələrindən sonra biz anlayırıq ki, AB Moldova ilə assosiasiya sazişini yaxın həftələrdə imzalamalıdır. Biz Putini qabaqlamalıyıq. O bilməlidir ki, Krımda etdiklərini Moldova ilə edə bilməyəcək”, - deyə Yunker bildirib.

Qaynar.info