Xəbər lenti

Avropa Birliyindən Rusiyaya çağırış
Dünya07:07 04.03.2014

Avropa Birliyindən Rusiyaya çağırış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Krımdakı silahlı qüvvələrini dərhal öz daimi dislokasiya yerlərinə geri çəkilsin"

“Avropa Birliyi Rusiya silahlı qüvvələrinin təcavüz aktları nəticəsində Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını qətiyyətlə pisləyir”. 

APA-nın xəbərinə görə, bu barədə AB ölkələri xarici işlər nazirlərinin bəyanatında bildirilir.

Nazirlər Rusiya Federasiya Şurasının Ukraynada ordudan istifadə etmək barədə qərarının BMT Nizamnaməsinə və ATƏT-in Helsinki Yekun Aktına zidd olduğunu bəyan ediblər.

Avropa Birliyi Rusiyanı öz silahlı qüvvələrini dərhal öz daimi dislokasiya yerlərinə geri çəkməyə çağırıb.

Qaynar.info