Xəbər lenti

Avropa çempionatının iştirakçısı "Qarabağ"a qoşuldu
İdman11:43 27.06.2016

Avropa çempionatının iştirakçısı "Qarabağ"a qoşuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Albaniya yığmasının heyətində Fransada keçirilən Avropa çempionatının final mərhələsində çıxış etmiş Ansi Aqolli “Qarabağ”ın Avstriyada davam edən təlim-məşq toplanışına qatılıb. 

Qaynarinfo.az xəbər verir ki, o, bugündən komandasının məşqlərində iştirak edəcək. 

Aqolli Avro-2016-da Albaniya millisi ilə 3 matçda (son 2 oyunda kapitan kimi) meydanda olub. Onun yığması qrup mərhələsində 3 xalla III yerdə qərarlaşsa da, 1/8 finala vəsiqə qazana bilməyib.

Qeyd edək ki, Ansi Aqolli Azərbaycan çempionatları tarixində belə mötəbər turnirdə iştirak edən ilk futbolçu olub.

Qaynarinfo.az