Xəbər lenti

Avropa çempionu olan minifutbol millisi azarkeşlərlə görüşəcək
İdman11:49 07.06.2026

Avropa çempionu olan minifutbol millisi azarkeşlərlə görüşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandası bu gün azarkeşlərlə bir araya gələcək.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib.
Komanda üzvləri saat 17:30-da Qənimətlər Parkının qarşısında toplaşacaq. Sonra onlar üçün ayrılmış xüsusi avtobusla şəhər turuna çıxaraq çempionluq sevincini azarkeşlərlə bölüşəcəklər.
Xatırladaq ki, Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.