Xəbər lenti

Avropa İttifaqı açıqladı: Türkiyə ilə viza rejimini...
Dünya13:08 19.07.2016

Avropa İttifaqı açıqladı: Türkiyə ilə viza rejimini...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Komissiyası bu il Türkiyə ilə viza rejimini ləğv etməyəcək.

"Qaynarinfo.Az" APA-ya istinadən bildirir ki, Avropa İttifaqının rəqəmsal iqtisadiyyat və cəmiyyət məsələləri üzrə komissarı Qünter Öttinqer Türkiyədə hərbi çevrilişə cəhddən sonra başlayan həbs və işdən çıxarılma dalğası ilə əlaqədar ölkəyə bu il vizasız səyahət haqqı veriləcəyini təxmin etmədiyini deyib. O bildirib ki, Türkiyə hökuməti Brüssel tərəfindən müəyyənləşdirilən şərtləri yerinə yetirməlidir: "Qanunun aliliyi təmin olunmalıdır. Hazırda biz bunu müşahidə etmirik". 

Q.Öttinqer bu yaxınlarda Türkiyədə millət vəkilliyi toxunulmazlığının ləğv olunmasını və çevriliş cəhdindən sonra aparılan təmizləmələri tənqid edərək bəyan edib ki, bu, müxalif partiyaların, azadlıqların sıxışdırılmasına yönəlib: "Dövlət bir anda minlərlə hakimdən imtina edə bilməz. Məhkəmələrin müstəqilliyi əsas elementdir".

Qaynarinfo.Az