Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ölkələr üzrə departamanetin rəhbəri Dirk Şubel və qurumun nümayəndəliyinin başçısı Pyotr Svitalsk İrəvanda Ədliyyə Nazirliyinin rəhbərliyi ilə görüşüb.
Qaynarinfo Ermənistanın "Jamanak” qəzetinə istinadən xəbər verir ki, ittifaq nümayəndələri qarşı tərəfə siyasi məhbus hesab etdikləri şəxslərin siyahısını təqdim ediblər.
Siyahıda "Sasna tsrer” silahlı qruplaşmasından yalnız bir nəfərin adı var. Bu isə o deməkdir ki, Avropa İttifaqı "Sasna Tsrer”i terrorçu qruplaşma olaraq tanıyır.
Qeyd edək ki, "Sasna tsrer" qruplaşmasının üzvlər 2016-ci il iyulun 17-də İrəvanda Post-Patrul Xidmətinin binasına silahlı hücum etmiş və 6 nəfəri girov götürmüşdü. Onların arasında polis rəisinin müavini, general-mayor Vartan Eqiazaryan da olub. Təhlükəsizlik qüvvələri ilə qruplaşma üzvləri arasındakı atışmada polis əməkdaşları arasında ölən və yaralananlar olmuşdu. Bu hadisəyə görə "Yeni Ermənistan" İctimai Birliyinin rəhbəri Jirayr Sefilyan 10 il 5 ay azadlıqdan məhrum edilib. Qruplaşmanın başqa üzvlərinə də 5,5-2 il həbs cəzası verilib.