Bu gün "Qəbələ" və "Neftçi" komandaları UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirəcəklər.
Qaynarinfo xəbər verir ki, "qırmızı-qaralar" Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə qarşılaşacaq. Qəbələ şəhər stadionundakı qarşılaşmanı şotlandiyalı referi Nikolas Uolş idarə edəcək.
Azərbaycan Kubokunun qalibi kimi avrokuboklara qatılan "Qəbələ"dən fərqli olaraq, "Dinamo" bu mövsüm mübarizəyə I təsnifat mərhələsindən başlayıb.
"Meftçi" isə Rusiyada "Arsenal"ın qonağı olacaq. Tula şəhərindəki "Arsenal" mərkəsi stadionunda təşkil olunacaq qarşılaşmaya Enea Yorcinin rəhbərliyi altında albaniyalı hakimlər briqadası təyinat alıb.
"Arsenal" - "Neftçi" cütünün qalibi Avropa Liqasının III təsnifat mərhələsində İsrail "Bney Yehuda"sı ilə qarşılaşacaq.
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
19:00. "Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tbilisi, Gürcüstan)
Baş hakim: Nikolas Uolş
Yan xətt hakimləri: Alan Mulvenni, Cordan Stokoe
Dördüncü hakim: Qavin Dankan (hamısı Şotlandiya)
Hakim-inspektor: Qay Qötalz (Belçika)
UEFA nümayəndəsi: Mixalis Mitas (Kipr)
Qəbələ şəhər stadionu
21:00. "Arsenal" (Tula, Rusiya) - "Neftçi" (Azərbaycan)
Baş hakim: Enea Yorci
Yan xətt hakimləri: Ridiger Çokay, İlir Tartaray
Dördüncü hakim: Klaydi Kola (hamısı Albaniya)
UEFA nümayəndəsi Sergey İliç (Belarus)
Hakim-inspektor: Pavel Saliy (Qazaxıstan)
Tula (Rusiya), "Arsenal" mərkəzi stadionu.