Xəbər lenti

Avropa Liqası:
İdman 02:00 17.07.2026

Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsində

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Vestri" (İslandiya) komandasını üstələyən "Qarabağ" növbəti raunda adlayıb.

Qaynarinf0 xəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən cavab matçı Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Köhlən atlar"ın heyətində Jali Muaddib (5), Pedro Bikalyo (29) və Zakarya Savo (57) fərqləniblər.

İlk görüşdə rəqibini 3 cavabsız qolla məğlub edən Azərbaycan klubu II təsnifat mərhələsinə vəsiqə qazanıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin növbəti rəqibi ÇSKA (Sofiya, Bolqarıstan) olacaq. Tərəflər arasında ilk qarşılaşma iyulun 23-də Bakıda keçirəcək.

Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu

16 iyul
Vestri (İslandiya) - Qarabağ (Azərbaycan) 0:3
Qollar: Jali Muaddib, 5. Pedro Bikalyo, 29. Zakaria Savo, 57.
Vestri: 1. Marvin Darri Steynarsson, 22. Elmar Atli Qardarsson (k), 13. Albert İnqi Yohansson, 3. Edson, 45. Qudmundur Pall Eynarsson, 77. Seriqne Fall, 18. Marino Steynar Haqbardsson, 7. Yakob Stensson, 14. Birkir Eydal, 11. Yohannes Selven, 19. Emmanuel Dua.
Ehtiyat oyunçular: 33. Benedikt Snaedal, 4. Fatai Qbadamosi, 6. İbrahima Balde, 10. Tordur Haftorsson, 12. Tibanq Fete, 15. Qudmundur Svavarsson, 17. Qunnar Hauksson, 23. Breki Hermansson, 27. Albin Mörfelt, 29. Konstantin Çeşmedyev.
Baş məşqçi: Daniel Osafo-Badu.
Qarabağ: 99. Mateuş Koxalski, 5. Bruno Lanqa, 5. Bense Varkonyi, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 7. Jali Muaddib, 11. Zakaria Savo.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 25. Cebrail Makreçkis, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 44. Elvin Cəfərquliyev, 49. Əli Bəşirov, 88. Samuel Lobato.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Marek Radina, Kamil Hayek, Petr Kotalik, Daniel Vokoun.
VAR: Tomaş Koçourek.
AVAR: Ondrjey Berka.
"Throttarvöllur" stadionu.
(İlk oyun - 0:3).

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->