Xəbər lenti

"Avropa ölkəsi bu vasitə ilə Moskvaya təzyiqin əleyhinədir" – Dmitri Lyubinski
Dünya13:00 31.12.2021

"Avropa ölkəsi bu vasitə ilə Moskvaya təzyiqin əleyhinədir" – Dmitri Lyubinski

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Avstriya hakimiyyəti Ukraynadakı vəziyyət kontekstində Rusiyaya təzyiq göstərmək üçün "Şimal axını – 2” qaz kəmərindən istifadənin əleyhinədir".
Qaynarinfo xəbər verir ki, bunu Rusiyanın Avstriyadakı səfiri Dmitri Lyubinski deyib.
Onun sözlərinə görə, səfirlik bu xəttə sadiqliyi Avstriya kansleri Karl Nehammer və ölkənin xarici işlər naziri Aleksandr Şallenberqin bəyanatlarında qeydə alıb:
"Bizim üçün vacibdir ki, Avstriyaya məxsus OMV şirkətinin Avropa şirkəti olaraq fəal iştirak etdiyi bu layihəyə rəsmi Vyana Ukrayna böhranında Moskvaya təzyiq vasitəsi qismində istifadə edilməməsi kimi baxır. Avstriya hökuməti kənardan ehtimal olunan təzyiqlərə baxmayaraq qaz kəmərinin reallaşdırılmasına ardıcıl dəstək verib".
 
Xəyal