"Qarşıdakı günlərdə hava şəraitində hər hansı dəyişiklik baş verərsə, əlavə məlumat veriləcək".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Avropada müşahidə olunan kəskin istilərə aydınlıq gətirərkən deyib.
O, yaxın 3 gün ərzində Azərbaycanda ciddi istilərin gözlənilmədiyini bildirib:
"Bakı-Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə olunacaq, havanın temperaturu 27–30 dərəcə olacaq. Eyni zamanda bölgələrdə yağıntılar davam edəcək, dağətəyi rayonlarda şimşək və dolu ehtimalı var. Bununla əlaqədar çaylarda sululuğun artması gözlənilir. Maksimal temperatur Aran rayonlarında 31–36, dağlıq rayonlarda 15–20, bəzi ərazilərdə isə 23–28 dərəcə olacaq".
Qeyd edək ki, son günlər Avropada kəskin istilər müşahidə olunur. Fransanın bir çox bölgələrində temperatur 40 dərəcəyə, Landes bölgəsində isə 42 dərəcəyə yüksəlib. Havanın həddindən artıq isti keçməsi səbəbindən 1800 məktəbdə dərs saatları dəyişdirilib.
Bahar Rüstəmli
Şərhlər