Xəbər lenti

Avropada savaş həyanacanı: Almaniya təşvişdə, Fransada xəstəxanaları hazırlayır
Dünya 15:18 02.09.2025

Avropada savaş həyanacanı: Almaniya təşvişdə, Fransada xəstəxanaları hazırlayır

Fransa Səhiyyə Nazirliyi ölkədəki xəstəxanalara 2026-cı ilin mart ayına qədər müharibə şəraitinə hazır olmaları barədə göstəriş göndərib. 

Qaynarinfo xəbər verir ki, rəsmi açıqlamada mülki və hərbi səhiyyə xidmətlərinin uyğunlaşdırılmasının zəruriliyi vurğulanıb. Almaniya isə Rusiyanın Belarusla keçirəcəyi "Zapad 2025” hərbi təlimləri fonunda NATO torpaqlarına qarşı mümkün təhdidlərə qarşı ayıq qalacağını açıqlayıb.

Fransa mətbuatının yazdığına görə, bu qərar genişmiqyaslı hərbi qarşıdurma ehtimalı nəzərə alınaraq qəbul olunub. Nazirlik mümkün münaqişə zamanı çoxlu sayda yaralı hərbçinin Fransaya gətirilə biləcəyini nəzərə alır. Buna görə də səhiyyə sisteminin hərbi xəstələrin qəbuluna uyğunlaşdırılması tələb olunur.

Fransa hökuməti ölkənin Avropada baş verə biləcək müharibə zamanı dəstəkçi dövlət rolunu oynaya biləcəyini qiymətləndirir. Rəsmi Paris səhiyyə sisteminin həddindən artıq yüklənməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin vacibliyini bildirir.

Rusiya isə 12–16 sentyabr tarixlərində Belarusla birlikdə "Zapad 2025” adlı genişmiqyaslı hərbi təlimlər keçirəcək. Moskva manevrlərin müdafiə xarakterli olduğunu açıqlasa da, təlimlərin NATO sərhədlərinə yaxın keçirilməsi Avropada ciddi narahatlıq yaradıb.

Almaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karsten Breuer təlimlər zamanı Rusiya qoşunlarının NATO ərazilərinə hücum edəcəyini gözləmədiyini desə də, Almaniya və NATO qüvvələrinin ehtiyatlı qalacağını bildirib.

NATO rəsmiləri "Zapad 2025” təlimlərinin alyansın şərq cinahı üçün təhlükə yaratdığını vurğulayır. Moskva isə bu narahatlıqları əsassız hesab edir.

NATO baş katibi Mark Rutte isə daha əvvəl Çinin Tayvana qarşı mümkün addımlarının, Rusiyanın isə eyni vaxtda NATO torpaqlarına yönələcək hücumlarının dünya miqyasında genişmiqyaslı münaqişə riskini artırdığını demişdi. O, Qərb ölkələrini müdafiə xərclərini artırmağa çağırmışdı.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->