Xəbər lenti

Avropanın ən böyük NATO bazası Rumıniyada tikiləcək
Dünya11:09 18.03.2024

Avropanın ən böyük NATO bazası Rumıniyada tikiləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rumıniyada Alyansın 10 min əsgəri və onların ailə üzvlərinin yerləşəcəyi yeni NATO bazasının tikintisi üzrə işlərə başlanılıb
Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews” məlumat yayıb. 
Telekanalın məlumatına görə, tikintinin dəyəri ilkin olaraq 2,5 milyard avro qiymətləndirilir. Layihəyə uçuş-enmə zolaqları, silah platformaları, hərbi təyyarələr üçün anqarlar, həmçinin məktəblər, uşaq bağçaları, mağazalar və xəstəxanalar daxildir.
İndi əsas infrastruktur, o cümlədən giriş yolları və elektrik enerjisi ilə bağlı işlərə başlanılıb.
Qeyd edilir ki, Konstansa bölgəsində tikilən hərbi baza Avropanın ən böyük bazasına çevriləcək.
Nizami Bağırov