Xəbər lenti

“Avroviziya 2014”də çıxış ardıcıllığı müəyyənləşib
Dünya12:21 04.02.2014

“Avroviziya 2014”də çıxış ardıcıllığı müəyyənləşib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu il Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək “Avroviziya 2014” mahnı müsabiqəsində yarımfinalçıların çıxış ardıcıllığı müəyyənləşib.

“Media forum” saytı xəbər verir ki, müsabiqədə iştirakını təsdiqləyən 37 ölkədən 13-ü təmsilçisini müəyyənləşdirib. Albaniya Hertsiana Matmuya, Avstriya Konçita Vurst, Belarus Yuri Vaşçuk (Teo), Ermənistan Aram Sərkisyan, Finlandiya “Softengine” qrupu, İsrail Mey Feynqold, İsveçrə Sebalter, İtaliya Emma Marrone, Makedoniya Tiyana Dapçeviç, Monteneqro Sergey Çetkoviç, Niderland İlze Delanj və Ueylona dueti, San Marino Valentina Monetta, Ukrayna Mariya Yaremçukla təmsil olunacaq.

Birinci yarımfinal mayın 6-da, ikinci yarımfinal mayın 8-də, final mayın 10-da keçiriləcək.

Birinci yarımfinalda çıxış edəcək ölkələrin ardıcıllığı:

Birinci hissə:

Albaniya

Azərbaycan

Ermənistan

Estoniya

İslandiya

İsveç

Latviya

Rusiya.

İkinci hissə:

Belçika

Macarıstan

Moldova

Monteneqro

Niderland

Portuqaliya

San Marino

Ukrayna.

İkinci yarımfinalda çıxış edəcək ölkələrin ardıcıllığı:

Birinci hissə:

Avstriya

Gürcüstan

İsrail

Litva

Malta

Norveç

Polşa.

İkinci hissə:

Belarus

Finlandiya

İrlandiya

İsveçrə

Makedoniya

Rumıniya

Sloveniya

Yunanıstan.

Birbaşa finalda iştirak edəcək Danimarka, Fransa və İspaniya birinci yarımfinalda, Almaniya, Böyük Britaniya və İtaliya isə ikinci yarımfinalda səs verə biləcək.

Qaynar.info