Avstraliyanın baş naziri Entoni Albaneze komediya podkastında müğənni Kayli Minogue haqqında səsləndirdiyi fikirlərə görə rəsmi şəkildə "şərtsiz üzr” təqdim edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Məsələ bir neçə gün əvvəl yayımlanan "Bush Deep” adlı podkastdan sonra yaranıb. Verilişin aparıcısı və komediyaçı Nikki Osborn qonaqlara tez-tez verilən "Shag, marry, date” ("Birlikdə olmaq, evlənmək, görüşə çıxmaq”) oyununu oynamağı təklif edib. Oyunda iştirakçılara məşhur üç sima göstərilir və onları bu kateqoriyalara bölmək tələb olunur.
Baş nazirə Kayli Minogue, Nikol Kidman və Ronda Burkmore təqdim olunub. Albaneze əvvəlcə cavab verməkdən yayınsa da, daha sonra bütün seçimlərini Kayli Minogue üzərində edib və onun "heyrətamiz” olduğunu deyib.
Bu açıqlama Avstraliya parlamentində, xüsusilə qadın deputatlar arasında narazılıq yaradıb. Bəzi millət vəkilləri bunu "seksist” ifadə kimi qiymətləndirib, digərləri isə bunun hökumətin qadın hüquqları ilə bağlı mövqeyinə zidd olduğunu bildiriblər.
Tənqidlərdən sonra baş nazir ictimaiyyətə müraciət edərək sözlərinə görə üzr istəyib.
Aydın
Şərhlər