Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması bütün region üçün böyük addım olacaq.
Qaynarinfo xəbər verir ki, bu sözləri Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, regionda etimadın yaradılması və gərginliyin azaldılması üzərində işləmək lazımdır.
"Qonşu Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində şüurlu addımlar atılır. Bu, Ermənistan xalqı və bütün region üçün böyük addım olacaq", - Şallenberq bildirib.
Xatırladaq ki, Ermənistan və Türkiyə münasibətlərin normallaşdırılması məsələlərini müzakirə etmək üçün xüsusi nümayəndələr təyin ediblər (Ruben Rubinyanla Sərdar Kılıç arasında ilk görüş yanvarın 14-də Moskvada olub), Yerevanla İstanbul arasında çarter reysi də açılacaq.
Alpər