Xəbər lenti

Avtobus partladıldı: 3 ölü, 30 yaralı
Dünya19:25 01.01.2014

Avtobus partladıldı: 3 ölü, 30 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Pakistan prezidenti Mamnun Hüseyn və baş nazir Nəvaz Şərif çıxış edərək teraktı pisləyiblər

Hadisə  Pakistanın Beludjistan əyalətinin Kvetta şəhərində içərisində 46 nəfər şiə zəvvarı olan avtobus naməlum şəxs tərəfindən üzərindəki bomba ilə partladılıb. 

Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı Pakistanın “DAWN” qəzeti yayıb. İrandan qayıdan avtobusun partlaması nəticəsində 3 nəfər ölüb, 30-dan çox insan isə yaralanıb. 

Yaralananlar arasında qadın, uşaq və polislərin olduğu bildirilir. Partlayışdan sonra avtobus yanmağa başlayıb. Teraktın hansı qruplaşma tərəfindən həyata keçirildiyi bilinmir. Pakistan prezidenti Mamnun Hüseyn və baş nazir Nəvaz Şərif çıxış edərək teraktı pisləyiblər. 

Qaynar.info