Xəbər lenti

Avtomobil eşşəklə toqquşdu: - 2 ÖLÜ, 2 YARALI
Dünya05:47 23.11.2013

Avtomobil eşşəklə toqquşdu: - 2 ÖLÜ, 2 YARALI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Akdoğan kəndi yaxınlığında minik avtomobili 78 və 73 yaşlı ər-arvadın mindiyi eşşəyi vurub

Türkiyənin Adıyaman şəhərində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Məlumata görə, Kahta rayonunun Akdoğan kəndi yaxınlığında minik avtomobili 78 və 73 yaşlı ər-arvadın mindiyi eşşəyi vurub. Qəza nəticəsində yaşlı cütlük hadisə yerində keçinib. Avtomobilin sürücüsü və sərnişini isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar təcili yardımla xəstəxanaya çatdırılıb.


Qaynar.info