Xəbər lenti

Avtomobilini oğurlayıb, özünü güllələdilər
İdman 14:10 06.04.2024

Avtomobilini oğurlayıb, özünü güllələdilər

Cənubi Afrikalı futbolçu Luke Fleurs güllələnib.

Qaynarinfo-nun məlumatına görə, atışma Florida ştatının Yohannesburq yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib.

"Kaizer Chiefs”in 24 yaşlı ulduzu yanacaq doldurmaq üçün növbəsini gözləyərkən, naməlum silahlı şəxslər ona yaxınlaşaraq maşından düşməsini əmr ediblər. Şübhəlilərdən birinin atışmadan sonra Fleursun avtomobili ilə hadisə yerindən qaçdığı bildirilir. Polisdən verilən məlumata görə, əvvəlcə şübhəlilər ona odlu silahla maşından düşməsini işarə edib. Daha sonra bədəninin yuxarı hissəsindən bir dəfə atəş açıblar. 

Ölkənin ən məşhur klublarından biri və 12 qat liqa çempionu olan "Kaizer Chiefs” onun ölümünü təsdiqləyib. Klub polisin məsələ ilə məşğul olduğunu və əlavə təfərrüatlar barədə yaxın zamanda məlumat veriləcəyini bildirib.

Keçən il "Kaizer Chiefs”ə qoşulan müdafiəçi, əvvəllər "SuperSport United”də çıxış edib. 23 yaşlı keçmiş futbolçu 2021-ci ildə Tokio Olimpiadasında Cənubi Afrikanı təmsil edib. 

Yerli mətbuatın yazdığına görə, o, karyerasına 2013-cü ildə "Ubuntu Keyptaun Aklademiyası”nda başlayıb. Bu həftəsonu ölkədəki bütün yüksək səviyyəli və ikinci dərəcəli oyunlarda Fleursun xatirəsinin bir dəqiqəlik sükutla anılacağı bildirilib.

Cənubi Afrika hazırda silahlı zorakılığın artması ilə mübarizə aparır. Ölkədə son illərdə bir neçə kütləvi atışma qeydə alınıb. Polisin məlumatına görə, bu ölkə dünyada ən yüksək qətl nisbətinə malikdir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->