Xəbər lenti

Avtoşluq edən Kərim saxlanıldı - VİDEO
Siyasət11:32 11.08.2014

Avtoşluq edən Kərim saxlanıldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müğənni Kərimin avtomobili yüksək sürətlə idarə edərək avtoşluq etdiyi üçün saxlanılıb.

Qaynar.info xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun anspress-ə verdiyi məlumata görə, bir neçə gün bundan əvvəl müğənninin sosial şəbəkələrdə avtoşluq etməsi barədə video paylaşılandan sonra araşdırmalara başanılıb. Yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü Kərim Abbasov saxlanılıb. Onun avtomobili cərimə meydançasına aparılıb.

“Sürücünün izahatı alınıb. Hazırda onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada qərar qəbul ediləcək”, - deyə Vaqif Əsədov vurğulayıb.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl müğənni Kərim avtoşluq edib. Bunu əks etdirən video sosial şəbəkələrdə paylaşılıb. Bundan sonra yol polisi araşdırmalara başlayıb.

Qaynar.info