"S-400-ləri qurmayacağımız və ya istifadə etməyəcəyimizə dair heç kəsə söz verməmişik. Hava müdafiə sisteminə ehtiyacımız olduğu üçün almışıq".
Qaynarinfo xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. İtalyanların SAMP-T sistemini geri çəkməyə başladıqlarını bildirən nazir 2013-cü ildə amerikalıların, hollandların və almanların da sərhəddəki patriotları geri çəkdiklərini xatırladıb:
"Hava müdafiə sistemi olaraq hazırda bir batareyamız var. Ehtiyacımız olduğu üçün bunu almışıq. Qutuda saxlamaq üçün hava müdafiə sistemi alınarmı?! Prezidentimiz də belə bir söz vermədiyini ABŞ-a açıq şəkildə bildirib".
Çavuşoğlu həmçinin əlavə edib ki. əgər ABŞ-ın S-400lərlə bağlı texniki narahatlığı varsa. komissiya qurulmasına razılıq versin.
"NATO sistemlərinə zərər verərmi, verməzi? Ancaq bu şəkildə aydınlaşdırıla bilər. Yoxsa bir ölkə belə istəyir deyə qərar dəyişdirəcək ölkə deyilik".
Qeyd edək ki, Türkiyə ötən gündən S-400-ləri sınaqdan keçirməyə başlayıb.
Camal