ABŞ Prezidenti Donald Tramp təxminən iki həftə davam edən gündəlik hücumlardan sonra Amerika hərbçilərinə İrana qarşı zərbələri dayandırmaq əmri verib.
"Report" xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.
Qərar, Oman rəsmilərinin Tehranda danışıqlar apardığı və Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı mümkün razılaşma ilə bağlı "müəyyən irəliləyiş" əldə edildiyi bir vaxtda verilib.
ABŞ və İsrail İrana qarşı əməliyyata fevralın 28-də başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.
Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranın Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozduğunu iddia edərək İrana genişmiqyaslı zərbələri bərpa edib.
Şərhlər