Donetsk "Şaxtyoru" futbolçusu Aleksandr Rosputko ilə müqaviləni pozmaq qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə klubun saytı məlumat
yayıb.
"Şaxtyor" futbolçu Aleksandr Rosputko ilə müqaviləni pozub. Futbolçu komandanın olduğu yerə qayıtmayıb və faktiki olaraq müqavilə üzrə vəzifələrini yerinə yetirməkdən imtina edib", deyə məlumatda bildirilir.
Oktyabrın 13-də UEFA Gənclər Liqasında Belçikanın "Antverpen" klubu ilə görüşündən sonra Aleksandr Rosputkonun vətəninə qayıtmadığı məlum olub. Bildirilib ki, hava limanında yalnız onun səliqə ilə tərk edilmiş forması tapılıb, futbolçu özü isə sosial şəbəkələrdəki bütün yazılarını silib, zənglərə cavab verməyi dayandırıb. "Brutal Football" "Telegram" kanalının məlumatına görə, Rasputko Rusiyaya qaçıb və oradan siyasi sığınacaq istəyib.
19 yaşlı futbolçu bu yaxınlarda "Şaxtyor”la 5 illik müqavilə imzalayıb. O, Ukraynanın gənclərdən ibarət yığmasının üzvü olub.
Aydın
Şərhlər