Donetsk "Şaxtyor”u braziliyalı cinah oyunçusu Tetenin Türkiyə klubuna pulsuz transferindən narazıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Fotospor” məlumat
yayıb.
Ukraynalılar FİFA-dan futbolçuya futbol oynamağı qadağan etməyi tələb edirlər. Onlar bildiriblər ki, Tetenin qüvvədə olan müqaviləsi ola-ola "Qalatasaray"ın futbolçusuna çevrilib.
Braziliyalı FİFA qaydalarına əsasən, Ukrayna çempionu ilə müqaviləni dondura bilərdi, lakin klub qeyd edir ki, cinah oyunçusu Rusiyanın tammiqyaslı işğalı başlayandan sonra artıq Ukraynada olub. Onlar üçün bu əsas arqumentdir.
"Mədənçi”lər, həmçinin "Qalatasaray”ın kluba yeni oyunçular almasını qadağan etməklə cəzalandırılmasını xahiş edir.
"Şaxtyor”la müqaviləsi dayandırıldıqdan sonra Tete icarə əsasında "Lion" və "Lester"də çıxış edib.
Braziliyalı "Şaxtyor"a 2019-cu ildə keçib. Donetsk klubunun heyətində 108 matçda 31 qol vuran futbolçu 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Nizami Bağırov
Şərhlər