Xəbər lenti

Dünya 13:45 13.10.2023

"Şaxtyor"un 19 yaşlı futbolçusu Belçikadakı oyundan sonra Rusiyaya qaçdı

Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun 19 yaşadək futbolçulardan ibarət yarımmüdafiəçisi Oleksandr Rosputko UEFA Gənclər Liqasında Belçikanın "Antverpen" komandası ilə oyundan sonra vətənə qayıtmayıb.

Qaynarinfo "Dinamomania"ya istinadən xəbər verir ki, 19 yaşlı futbolçu futbol ləvazimatlarını hava limanında qoyub və naməlum istiqamətdə yoxa çıxıb.

Rosputko sosial şəbəkələrə girişi məhdudlaşdırıb və telefon zənglərinə cavab verməyib.

Bildirilir ki, "Antverpen”lə oyuna bir gün qalmış Rosputko "Şaxtyor”la yeni 5 illik müqaviləyə razılaşıb. Bundan sonra 19 yaşlı yarımmüdafiəçi matçın iştirak ərizəsinə salınıb.

"Brutal Football” "Telegram" kanalının məlumatına görə, Oleksandr Rosputko xaricə getmək fürsətindən istifadə edib və artıq oradan Rusiyaya yoxa çıxıb. Mənbə deyib ki, o, bütün sosial şəbəkələrdəki paylaşımlarını məhz bu səbəbdən silib.

"Şaxtyor” hadisə ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Rosputko Belçika "Antverpen”i ilə matçı əvəzetməsiz keçirib və komandanın 2:1 hesablı qələbə qazanmasına kömək edib. UEFA Gənclər Liqasının iki turundan sonra "Şaxtyor” U19 "Portu” ilə qrupda ikinci yeri bölüşür. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->