Xəbər lenti

Aya enişdən daha populyar: Superboul- 2024 ABŞ tarixində ən çox baxılan yayım oldu
Dünya11:55 13.02.2024

Aya enişdən daha populyar: Superboul- 2024 ABŞ tarixində ən çox baxılan yayım oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da Milli Futbol Liqası mövsümünün final matçını 200 milyondan çox insan izləyib. "Kanzas Siti” əlavə vaxtda 25:22 (0:0, 3:10, 10:0, 6:9, 6:3) hesabı ilə "San Francisco”nu məğlub edərək Superboul-un qalibi olub.
Qaynarinfo CBS-yə istinadən xəbər verir ki, oyunu televiziya və yayım platformalarında təxminən 123,4 milyon insan izləyib.
Bura pablarda oyunu izləyənləri də əlavə etsək, bu rəqəm təxminən 202,4 milyon olacaq.
Paramount Press Express "Superboul 2024”ü ABŞ televiziya tarixində ən çox baxılan veriliş adlandırıb.
Xatırladaq ki, 1969-cu ildə amerikalı astronavtların Aya enişini 125-150 milyon tamaşaçı izləyib.
Nizami Bağırov