Ayağı qalxandan sonra baş verən başgicəllənmə yaxınlaşan əqli zəifliyin siqnalı ola bilər.
Qaynarinfo Daily Mail-ə istinadən bildirir ki, bu nəticəyə Kaliforniya Universitetinin alimləri gəlib.
Mütəxəssislər 12 yaşdan 70 yaşa qədər iki mindən çox insanın iştirakı ilə on illik bir təcrübə aparıb. Məlum olub ki, aşağı sistolik qan təzyiqi olan insanlar demans (əqli zəiflik) inkişafına 40% daha çox meyllidirlər və bu, tez-tez başgicəllənmə şəklində özünü göstərir.
Mütəxəssislərin fikrincə, bu, beyinə qan axınının olmaması, idrak funksiyasının azalmasına səbəb olur. Vəziyyət yaşla pisləşir, çünki qan damarları elastikliyini itirir və təzyiq problemlərinə səbəb olur.
Alpər