Xəbər lenti

Ayaqyalın istedad: nigeriyalı oğlan ABŞ-da balet təqaüdü qazandı (VİDEO)
Dünya09:30 21.08.2020

Ayaqyalın istedad: nigeriyalı oğlan ABŞ-da balet təqaüdü qazandı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yağış altında balet rəqsi edərək sosial şəbəkə istifadəçilərini heyrətləndirən 11 yaşlı nigeriyalı bir oğlan gələn il ABŞ-a təhsil almağa gedəcək. 
Qaynarinfo xəbər verir ki, Entoni Mmesoma Madu adlı bu oğlan nüfuzlu Jackie Kennedy-Onassis Amerika Balet Teatrından (American Ballet Theatre) təqaüd qazanıb.
BBC News yazır ki, gənc rəqqas indi dünyanın bir sıra balet məktəblərindən təqaüd almaq hüququna malikdir.
Xəbər verildiyi kimi, Entoninin piruetlər və tullanmalar sənətində ifa etdiyi video çox sürətlə yayılıb. Videonun qəhrəmanı Nigeriyadakı uşaqların praktik olaraq balet rəqqası olmaq şanslarının olmadığını söyləyib: vətənində bu cür rəqs öyrətmək üçün yalnız qızları götürürlər.
Alpər
<iframe width="400" height="500" frameborder="0" src="https://www.bbc.com/news/av/embed/p08p52t2/53850666">