Xəbər lenti

Ayaz Salayev Seçim Komissiyasının üzvlərindən danışdı:
Sənət 12:46 02.09.2025

Ayaz Salayev Seçim Komissiyasının üzvlərindən danışdı: "Bu, həmin Eldar Namazovdursa..."

"Ad çəkmirəm, amma səlahiyyətimdə olsaydı, Kino Agentliyində fəaliyyət göstərən Seçim Komissiyasının bəzi üzvlərinə etiraz edərdim".

Bunu Qaynarinfo-ya açıqlamasında kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayev Seçim Komissiyasının üzvləri ilə bağlı fikirlərini bölüşərkən deyib. 

Ayaz Salayev siyahıda yer alan bəzi üzvləri tanımadığını bildirib: "Siyahını tərtib edən qurum var, yaxşı olar ki, onu tərtib edənlərə müraciət edəsiniz".

Politoloq Eldar Namazovun siyahıda yer almasına gəlincə, Ayaz Salayev bu qərarı alqışladığını vurğulayıb:

"Deyə bilərlər ki, Eldar Namazov hara, kino sənəti hara? Amma Eldar Namazovun bu siyahıda olması ən düzgün qərardır. Əgər səlahiyyət məndə olsaydı, Eldar Namazovu siyahıya əlavə edərdim. Bu həmin Eldar Namazovdursa, alqışlayıram, çox gözəl bir ziyalıdır, şəxsən mən özüm bəzi məsələlər olanda onu narahat edib məsləhətlər alıram. Səviyyəli, xeyirxah, ən parlaq ziyalılarımızdan biridir, ona böyük hörmətim var. Onun politoloq olmasının məsələyə aidiyyatı yoxdur. Eldar cəmiyyəti yaxşı bilir, təkcə politoloq deyil".

Qeyd edək ki, Kino Agentliyində fəaliyyət göstərən Seçim Komissiyasının üzvlərinin siyahısı açıqlanıb. Üzvlər bunlardır:

1. Mərdan Orxan Şiruyyə oglu;
2. Bedelov Nadir Xadmətulla oğlu;
3. Qasımov İlham Zakir oğlu;
4. Şeyxov Yusuf Mansur oğlu;
5. Zəki Mehriban Mürvət qızı;
6. Paşayev İlqar Əli Abbas oğlu;
7. Orucov Yunis Qurbanəli oğlu; 
8. Namazov Eldar Saqif oğlu.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->