Xəbər lenti

Ayda qiymətli helium-3 izotopunun çıxarılması üçün startap işə salındı
Dünya07:47 17.03.2024

Ayda qiymətli helium-3 izotopunun çıxarılması üçün startap işə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikanın "Interlune" startapı Ayda helium-3 adlı maddənin kommersiya məqsədli çıxarılması və Yerə göndərilməsi üçün ilk dəfə layihə təklif edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Ars Technica" məlumat yayıb.
Helium-3 iki proton və bir neytron olan heliumun sabit izotopudur. Günəşdə nüvə sintezi nəticəsində əmələ gəlir və günəş küləyi ilə daşınır.
Yerin maqnitosferi bu hissəcik axınını planetdən uzaqlaşdırır, ona görə də helium-3 planetimizdə olduqca nadirdir. Nüvə silahı sınaqları və ya nüvə reaktorlarında az miqdarda istehsal olunur.
Ayın maqnitosferi olmadığı üçün onun torpağında 1 milyon tondan çox helium-3 olduğu təxmin edilir. Ehtiyatların dəyəri astronomik məbləğdə 10 katrilyon dollardan çox qiymətləndirilir ki, bu da Yer kürəsinin bütün ölkələrinin illik ÜDM-in cəmindən təxminən 118 dəfə çoxdur.
"Interlune"un həmtəsisçisi Rob Meyersonun sözlərinə görə, yaxın gələcəkdə superkeçirici kvant kompüter sənayesində və tibbi təsvirlərdə helium-3-ə əhəmiyyətli tələbat gözlənilir. Uzunmüddətli perspektivdə maddə füzyon reaktorları üçün yanacaq ola bilər.
"Interlune" 2026-cı ildə Ay reqolitindən helium-3 çıxarmaq üçün pilot missiya həyata keçirməyi planlaşdırır. İlk zavod 2028-ci ildə işə salınmalı və resursun Yerə tədarükü 2030-cu ilə qədər qurulmalıdır. Qazın təkrar istifadə oluna bilən Ay eniş modulları və Ay-Yerə çatdırılma sistemləri hazırlayan "SpaceX" və ya "Blue Origin" tərəfindən nəql ediləcəyi güman edilir.
Aydın