Xəbər lenti

Aygün ağır xəstəliyə tutulmasından danışdı: “Xəstəxanaya getmə səbəbim...”
Maqazin18:11 11.04.2016

Aygün ağır xəstəliyə tutulmasından danışdı: “Xəstəxanaya getmə səbəbim...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müğənni Aygün Kazımova ağır xəstəliyə tutulması barədə yayılan xəbərlərə aydınlıq gətirib. 

Musavat.com xəbər verir ki, müğənni mətbuat orqanlarına göndərdiyi məktubda yayılan məlumatların yanlış olduğunu bildirib: “Artıq bir neçə gündür ki, Bakıdayam. Aprelin 5-də İstanbula səfər etdim və bunu “İnstagram”dakı rəsmi səhifəmdə izləyicilərimlə bölüşdüm. Axı, hər dəfə qeyd edirəm ki, mənim heç kəsdən gizlədəcəyim addımım yoxdur və olmayıb. Sevincimi, kədərimi, ağrı-acımı, problemimi hər zaman sizlərlə bölüşmüşəm. Necə ki, aprel ayının 6-da xalqımın o günlərində məhz həmin günlərlə bağlı görüntüləri paylaşdım. Vətəndən kənarda da olsam, Vətənim və vətandaşlarımla hər zaman birgə olduğumu hiss etdirmişəm.

Bu, mənim vətandaşlıq borcumdur. İçimdən gəlir, qanımda axır. Bu görüntüləri paylaşanda mən “Acıbadem” xəstəxanasında idim. Amma kimlərinsə uydurduğu ağır xəstəliyə görə yox, kiçik bir estetik əməliyyatla bağlı... Bu estetik əməliyyatdan sonra elə İstanbuldaykən imic dəyişikliyi etdim. Kimlərinsə uydurduğu və arzu etdiyi nə sübuta yetirilən xəstəliyim var, nə də açıqlanması guya yasaq olacaq diaqnozum…

Aprelin 5-də necə sağ-sağlam İstanbula yola düşmüşdümsə, aprelin 7-də elə sağlam, hətta yeni şamplena görkəmimlə Vətənimə döndüm. Bu gün məkrli məqsədi ilə gündəmə gəlmək istəyən vəkilə demək istəyirəm ki, illərdir, müdafiə etdiyi tərəfi boşuna xəyal qırıqlığına uğratmasından danışsın, mənim olmayan xəstəliyimdən yox... Xəstəliyim haqda yaydığı xəbər şər və böhtandır. Mən ildə bir neçə dəfə “Acıbadem” xəstəxanasına gedirəm, bunun məqsədi estetik əməliyyatlarımla bağlıdır və bunu hər zaman elə özüm söyləyirəm. Mənim estetik əməliyyatla bağlı xəstəxanada olmağım və ya estetik əməliyyat etdirməyim beləmi sensasyon xəbərdir? 

Görünür, vəkilin xəbəri bu cür yaymağda məqsədi məhkəmələrdə onlara sərf etməyən nəticələrin əldə olunmasıdır. Əgər, mən susuramsa, bu, o demək deyil ki, mən məğlub tərəfəm. Sadəcə olaraq, Azərbaycanın bu günlərində boş və maraqsız saydığım söhbətlərlə gündəmi zəbt etmək istəmirəm”.

Qeyd edək ki, müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov “Qafqazinfo”ya açıqlamasında Aygün Kazımovanın ağır xəstəliyə tutulduğunu və bu səbəbdən də onun ölkədən çıxışına qoyulan qadağanın ləğv edildiyini bildirmişdi. 

Qaynar.info