"Əməliyyatdan əvvəl həmişə həssas oluram”. Qaynsrinfo.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri xalq artisti Aygün Kazımova “Evdəkilərə salam” verilişində deyib.
Müğənni plastik əməliyyat ərəfəsində yaşadıqlarından danışıb:
“Mənə həkim ilk iynəni vuranda o qədər danışıram ki... Həkim artıq bu halıma öyrəşib. Masaya uzananda o qədər danışıram ki, həkim deyir “Həmişəki halın”.
A.Kazımova hər dəfə səhnəyə çıxanda çox həyəcanlındığını etiraf edib:
“Hər dəfə səhnəyə çıxanda başqa həyəcan yaşayıram. O qədər həssas məqamlar olur ki... Onları vaxtında təqdim olunmasını belə düşünürəm. Əgər düşündüyüm nəyisə bir dəqiqə gec təqdim edirəmsə, mənim üçün mənasızlaşır”.
Qaynsrinfo.Az