Xəbər lenti

Aygün Kazımova: “Hər şeyimi satmışam”
Maqazin15:22 02.03.2016

Aygün Kazımova: “Hər şeyimi satmışam”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Hər şeyimi satmışam”. Bunu Xalq artisti Aygün Kazımova ATV telekanalının “Hər axşam” verilişində qonaq olan zaman deyib. 
Müğənni konsert vermək istədiyini bildirsə də, bunun üçün maliyyəsinin olmadığını dilə gətirib: “Çox istəyirəm super, “şamplena” bir konsert verim. Amma satmağa artıq heç nəyim yoxdur. Hər şeyimi satmışam. Gərək fikirləşim görüm evdə daha nə qalıb. Nəyisə satmasam mümkün olmur. Amma narahat olmayın, bir şey tapacağam. Etdiyim layihələrdən sonra balaca bir iş görmək yaraşmaz”.
A.Kazımova həyatında heç kimin olmadığını da bildirib: “Ürəyim boşdur. Bütün ürəyimi yaxınlarım, pərəstişkarlarım zəbt edib. Amma hər bir xanımın arzusudur ki, yanında sevdiyi insan olsun". 
Qaynar.info