Xəbər lenti

Aygün Kazımovanın nişanlısı evlidir? - FOTOLAR
Maqazin06:04 18.10.2014

Aygün Kazımovanın nişanlısı evlidir? - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkədə yazdığı şərhlərlə xalq artisti Aygün Kazımovanın nişan xəbərini yalanlayan müğənni Nura Suri yanlışlığa yol verib.

ANS PRESS-in məlumatına görə, Kazımovanın Fikrət adlı nişanlısının əslində İstanbulda yaşayan rəfiqəsi Nigarın əri İmraz olduğunu iddia edən müğənni yanlışlığa yol verdiyini açıqlayıb:

"Səhərdən Nigar zəng vurub deyir ki, bu onun əri İmraz deyil. Sadəcə bir-birlərinə bənzəyirlər."

Ən çox izləyicisi olan sosial mediada müzakirələrə qoşulub həmkarının nişan xəbərini yalanlayan Nura Suri hətta xəbəri yazan saytları qınamaqdan da çəkinməyib.

"Nə yazıblar və niyə? Saytlar artıq şərhləri də xəbər yazırlar? Nə isə, onların məlumatları doğru deyil!" - yazan ifaçı, sosial medianın dünyada ən güclü xəbər qaynağı olduğunu deyəsən unudub.

Qaynar.info