Xəbər lenti

Aygün Kazımovaya evlilik təklifi edildi, nişan oldu - FOTO/VİDEO
Maqazin08:20 06.06.2015

Aygün Kazımovaya evlilik təklifi edildi, nişan oldu - FOTO/VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Aygün Kazımovaya növbəti evlilik təklifi edildi. ANS-də "Bakı Film"in təqdimatında Zaur Nəbioğlunun aparıcılığı ilə yayımlanan "A-dan Z-yə" verilişi bu dəfə də çox maraqlı olacaq. 
Belə ki, bu gün saat 22:00-da ANS-də xalq artisti və onun həmkarları Elçin Cəfərov, Niyam Səlami, Kərim Abbasov qonaq olacaq. 
A.Kazımova verilişdə yeni layihəsini təqdim edəcək. Çəkiliş zamanı müğənniyə bahalı üzük hədiyyə edilib və evlilik təklifi olunub. 
ANS-də yayımlanan səsli-küylü və qalmaqallı "Maşın" şou bitsə də, heç kim bu günə kimi o şouda baş verən pərdəarxası hadisələri və əslində nəyin necə olmasını açıb danışmayıb. 
Realiti şouda qruplaşan 3 iştirakçı - Aygün, Kərim və Niyam ilk dəfə hamının marağına səbəb olacaq açıqlamaları ilə gündəmə gələcəklər. 
Aparıcının "bax o qapıdan indi gələcək qonaq səninlə qalmaqalı olan Mehriban Xanlarova olsa, reaksiyan necə olar?" sözləridən sonra studiyada gərgin anlar yaşanır. 
Çəkiliş məkanına gələn şəxs kimdir? Onun açıqlamaları nə olacaq? 2 yaşlı balaca, qonaqlardan kimin oğludur? Aygün Kazımova kimin iç üzünü açdı? Kərim Abbasov Aygün Kazımovaya görə ondan üz çevirən hansı qadın müğənni barədə danışdı? Elçin Cəfərov kimin tərəfini tutdu? 



Qaynar.info