“O səs Türkiyə”də iştirak edən həmyerlimiz, müğənni Aygün İsmayılova yarışmadan uzaqlaşdırılıb. Axşam.az-ın məlumatına görə, bu haqda ifaçı sosial şəbəkədə yazıb.
O, tamaşaçıların səsverməsi nəticəsində getdiyini bildirib: “Xoşbəxtəm. Çünki məni münsiflər yox, əllərinə düyməcik verilən məktəb uşaqları müsabiqədən çıxardı. Dünyanın halına bax”.
A.İsmayılova müsabiqədə dördüncü tura qədər gəlib. O, "Birə bir" adlanan mərhələdə Büşra adlı rəqibiylə yarışıb, ona qalib gəlmişdi. A.İsmayılova Mazhar Alanson və Özkanın komandasında yarışırdı.
Qeyd edək ki, “TV8” kanalında Acun İlıcalının aparıcı olduğu səs yarışmasının münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alıblar.
Qaynar.info





