Xəbər lenti

Aygünün daha bir yalanı ortaya çıxdı: “O da gop idi”
Maqazin12:24 23.12.2017

Aygünün daha bir yalanı ortaya çıxdı: “O da gop idi”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməkdar artist Aygün Bəylər son günlər açıqlamaları ilə gündəmdən düşmür. 
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, "Səhər-səhər” verilişinin qonağı olan xanəndə daha bir yalanının üstünü açıb. 
Aparıcı Elgiz Əkbərin "Bir dəfə xəbər yayıldı ki, dayə qızını döyüb. Onda elə pis olmuşdum ki... Az qalırdım o dayəni tapıb cəzalandırım” sözlərinə Aygün maraqlı cavab verib: "O da növbəti gopdan biri idi”.
Xanəndə daha sonra evindəki işçilərdən gileylənib:
"Evdə 50 işçi saxlayıram. Dayə ilə problem yoxdur. Problem mənim özümdədir ki, çox sadəyəm. Hərdən özümə çay süzəndə durub qulluqçuya da gətirirəm. Nə olar ki, o da insandır da. Amma hərdən əsəbiləşirəm. Mən əsəbləşən kimi də qaçırlar. Hər iki aydan bir işçilər qaçıb gedir”.